Miqrantlar Trampa: "Ya ölkəyə burax, ya pul ver"

Mərkəzi Amerika ölkələrindən olan miqrantlar ABŞ-ın Meksikanın Tixuana şəhərindəki konsulluğuna tələblərdən ibarət siyahı təqdim ediblər
###reklam250###

Yüzədək adam tələblərinə baxılma prosedurunun tezləşdirilməsini, yaxud Donald Tramp administrasiyasından onların hər birinə 50 min dollar ödəməyi tələb edib.

Onlar bildiriblər ki, bu vəsait vətənlərində yeni həyata başlamaq üçün lazımdır.

“Bəlkə sizə elə gələ bilər ki, bu, böyük məbləğdir. Lakin bu məbləğ ABŞ-ın Hondurasdan oğurladığı ilə müqayisədə çox azdır. Bu pul bizə vətənimizə dönməyə və kiçik biznes qurmağa imkan verəcək”, - deyə onlar vurğulayıblar. (oxu.az)

pia.az