ABŞ hökuməti təhlükəsizlik tədbirlərini artırır

Fransadakı son terror hücumu ilə əlaqədar ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq
###reklam250###

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində yazıb.

"Fransada daha pis bir terror hücumu. Biz sərhədlərimizdəki təhlükəsizliyi artırmaq niyyətindəyik", - D.Tramp qeyd edib.

Dövlət başçısı həmçinin Senatda və Nümayəndələr palatasında demokratların liderləri - Çak Şumer və Nansi Palosini də Meksika sərhədində divar inşasını dəstəkləməyə çağırıb:

"Çak və Nansi də sərhədlərdə əlavə təhlükəsizlik tədbirləri üçün bizə səslərini verməlidir". (report.az)

pia.az