ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Yerevandakı səfirliyi çərşənbə günü, dekabrın 12-də vətəndaşlarını tətil zamanı Ermənistana səfər edərkən sayıq olmağa çağırıb
###reklam250###

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir.

“ABŞ-ın Yerevandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - deyə məlumatda vurğulanır.

Diplomatik nümayəndəlikdə bəyan ediblər ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan ayrı-ayrı şəxslər tərəfindən daima təhlükə var.

“Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”, - bəyanatda qeyd olunur.

pia.az