Türkiyədə müxalifət lideri fəhlələri üsyana çağırdı

Ankarada insan haqları mövzusunda bir tədbirdə iştirak edən müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlu işçiləri üsyana çağırıb
###reklam250###

Avropa.info xəbər verir ki, Fransadakı iğtişaş və xaosdan həvəslənən Klıcdaroğlu işçilərə xitabən “meydanlara çıxın” çağırışı edib.

“Bir dövlət mənim əmək haqlarımı vermirsə, sosial dövlət olma anlayışından uzaqlaşmış deməkdir. Ən çox üsyan etməli olan həmkarlar ittifaqlarıdır. Bütün meydanların dolması lazımdır. İndi deyəcəklər ki, Kılıçdaroğlu fəhlələri üsyana təşviq edir. Əgər siz öz haqqınıza sahib çıxmasanız kimsə verməz. Bəşəriyyət tarixi haqq arama uğrunda mübarizə tarixidir. Siz konstitusiyanın sizlərə tanıdığı haqqa da sahib çıxmırsınızsa, bir problem var deməkdir” – Klıcdaroğlu belə deyib.

pia.az