"Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası tezliklə başa çatmalıdır"

"Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir"   
###reklam250###

Bu fikri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi.

Artıq yeni nazir müavini təyin olunub.

Bu məsələ də ona həvalə olunub. Düşünürəm ki yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik.

Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı isə işlər isə davam etdirilməlidir".

pia.az