Emin Ağalarov: “Bütün yaradıcılığım Trampa görə arxa plana keçib, bu çox pisdir”
Strateq.az bildirir ki, bu sözləri “Crocus Group”un vitse –prezidenti, musiqiçi Emin Ağalarov ABŞ-ın DailyMailTV-yə müsahibəsində bildirib. E.Ağalarov deyib ki, ABŞ prezidenti Trampla bağlı “Rusiya işi”nə qədər bütün dünyaya müsahibələr verirdi: “Mənim haqqında danışdığım ən böyük problemim musiqi və mahnılarım idi. İndi isə jurnalistlərin gündəmində müzakirə üçün böyük problem var. Odur ki, biz daha musiqi barədə danışmırıq”.
Emin Ağalarov 2019-cu ilin yanvarında özünün yeni “Good Love” albomunu təqdim etmək üçün ABŞ-da böyük tura hazırlaşır. O, Nyu-Yorkda yanvarın 26-da tarixi Ratuşadakı Tayms skverdə çıxış edəcək. Ondan sonra Toronto, Mayami, Los-Anceles və Denverdə konsert verəcək. Emin Ağalarov bildirib ki, onun “rus qalmaqalından” sonra ABŞ prezidenti Donald Trampla heç bir əlaqəsi yoxdur: “Hazırda bizim heç bir münasibətlərimiz yoxdur. Çünki o artıq prezidentdir. Həmçinin bütün bu qalmaqaldan sonra hesab edirəm ki, istənilən əlaqələr hazırda mümkün deyil”.
Emin Ağalarovun ABŞ gəlməsində müəyyən çətinlik yarana bilər. Çünki 2016-cı ildə onun Trampın kürəkəni ilə görüşün təşkili və burada prezidentliyə namizəd Hillari Klinton əleyhinə kompromat təklif etməsi barədə şübhələr ABŞ siyasi gündəmində ciddi müzakirə mövzusudur. Emin Ağalarov deyib ki, ABŞ-a qayıtmaqdan və məhkəmə bildirişi almaqdan qətiyyən qorxmur: “Əgər məhkəməyə rəsmi dəvət alsam belə heç nəyi gizlətmək fikrində deyiləm. Mən pis heç nə etməmişəm”.
pia.az