Bu gün Tereza Meyə etimadsızlıq üzrə səsvermə keçiriləcək

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib
###reklam250###

Bu barədə "Sky News" xəbər verir.

"Qaydalara uyğun olaraq, səsvermə dekabrın 12-də saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə 22:00-dan 00:00-dək) keçiriləcək", - Q.Bredi açıqlayıb.

Onun sözlərinə görə, səslər dərhal hesablanacaq və səsvermənin nəticələri qısa müddətdə elan ediləcək.

pia.az