Çin alimləri ayda kartof əkib

Başqa toxumlar da test ediləcək
###reklam250###

Çin ilk dəfə ayın uzaq tərəfinə rover göndərib və bəyan edib ki, bununla da "ay planetinin tədqiqində yeni bir fəsil" açılıb.

Chang'e-4 aparatı Çinin cənub-qərbindəki Xichang kosmodromundan Uzun Mart 3B raketi vasitəsi ilə havaya qalxıb, tədqiqat başa çatdıqdan sonra aparatın yerə dönəcəyi gözlənilir.

Çin dövlət mediası bildirib ki, artıq tədqiqatlar başlayıb. Çin dövləti 6, xarici sifariş olaraq isə 4 təcrübə keçirəcək. O cümlədən, ayda kartof və digər toxumlar əkilib.

Qeyd edək ki, 2013-cü ildə Çin ilk kosmik aparatı Yutu-nu ayın səthinə endirmişdi. Həmin aparat 2 il ərzində planetin müxtəlif yerlərində araşdırmalar aparmışdı. (deyerler.org)

pia.az