YPX-nin gizli polisləri: Onların fəaliyyəti qanuna uyğundurmu?- Polkovnikin şərhi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Bu sistemin tətbiqi edilməsi qısa bir müddətdə yol hərəkətində mədəni səviyyəni yüksəldəcək”
###reklam250###

“Atılan hər bir addım qanunvericiliyin tələblərinə uyğun olacaq. Əslində bu düşüncə, söylənilən fikirlər yalnışdır. Belə çıxır ki, indiyə qədər təhlükəsizliyin təmin edilməsi, qəzaların sayının aşağı salınmasında hansısa xoşagəlməz işlər olub”.

Bu fikirləri PİA.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mülki avtomobillərin xidmətə çıxması məsələsinə münasibət bildirərkən qeyd edib.

DYP-dən verilən məlumata görə küçələrdə YPX maşınları ilə yanaşı, həm də mülki avtomobillər xidmətə çıxacaq. Mülki geyimdə olan YPX əməkdaşları yollarda qaydaları pozan sürücüləri izləyəcək və onlara cərimə tətbiq edəcək. Gizli YPX polislərinin fəaliyyəti yollarda qaydaların pozulmasının qarşını alacağı düşünülür.

Qeyd edək ki, 2017-ci ildə isə “Yol hərəkəti haqqında” qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib.

Mülki geyimli YPX polislərinin fəaliyyətini tənzimləyən qaydalar nədən ibarətdir və bu qaydalar vətəndaşlara əlavə cərimələr yazmaq üçün polislərin sui-istifadəsinə yer verə bilərmi?

PİA.az-ın əməkdaşı bu suallarla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədova müracət edib.

Vaqif Əsədov: “Ən azından yol qəzalarının qarşısının alınmasında müsbət göstəricilər əldə ediləcək, həm də süni sıxlığın tıxacın yaranmasının qarşısını alacaq”.

Polkovnik bu qərarın günün tələblərinə tam cavab verdiyini və zamanında atılan addım hesab edir. Belə ki, bəzi sürüclər polisin ərazidə olmamasında istifadə edərək qaydaları pozur, bu da sonda qəzalara və lazımsız tıxaclara səbəb olur. Lakin gizli xidmətdə olan əməkdaş qorxusu qaydaya tabe olmaq istəməyən sürücüləri tərbiyələndirə bilər:

“Çox güman ki, bu sistemin bu formada tətbiq edilməsi qısa bir müddətdə yol hərəkətində mədəni səviyyəni formalaşdıracaq. Biz mentalitetimizlə bağlı belə düşünürük ki, ərazidə polis varsa, deməli qaydalara riayət etməliyik. Polis yoxdursa, “əşşi heçnə olmaz” qaydanı poza bilərik düşüncəsindəyik.##relatedPost2##

Təbii ki, kameralar bu xətaları da qeydə alır və xəta törədənlərin məsuliyyətə cəlb edilməsi üçün bizə imkan verir. Ancaq bugün bu qərar müxtəlif nəqliyyat vasitələri ilə törədilən xətaların avtomatik qeydə alınması və barələrində tədbir görülməsi üçün dərhal qərarların qəbul edilməsi, texniki vasitələrin olmadığı yerlərdə belə sürücülərin nizam-intizamla hərəkət etməsinə səbəb olacaq. Mən hesab edirəm ki, bu yaxşı haldır. Ən azından yol qəzalarının qarşısının alınmasında müsbət göstəricilər əldə ediləcək, həm də süni sıxlığın tıxacın yaranmasının qarşısını alacaq.

Baş Dövlət Yol Polisi tərəfindən informasiya verilib və əlavə məlumatlar daha sonra mətbuata veriləcək. Belə izah edim ki, mən polis əməkdaşı olaraq adi nəqliyyat vasitəsi ilə hərəkət edirəm və görürəm ki, hansısa maşın qırmızı işıqda keçdi və mənim əlimdə texniki vasitə var. Elə oradaca mən bunu qeyd edəcəm. Bundan başqa hansı tənzimlənmə vasitəsi olmalıdır? İndiyə qədər texniki vasitələrin göstəriciləri əsasında xəta törədənlər necə cərimə ödəyirdilərsə, bu formada da inzibati tənbeh həyata keçiriləcək.

Yəni loru dildə desək sürücü ərazidə polis və kameranın olmadığını görür və fikirləşir ki, qaydanı poza bilər. Həmin sürücü qanunla qadağan olunan qarşı hərəkət zolağı ilə hərəkət edir. Arxadakı tanınmayan nömrə ilə maşını idarə edən əməkdaş bunu görür və dərhal maşının nömrəsini vurur və cəriməni yazır.

Atılan hər bir addım qanunvericiliyin tələblərinə uyğun olacaq. Əslində bu düşüncə, söylənilən fikirlər yalnışdır. Belə çıxır ki, indiyə qədər təhlükəsizliyin təmin edilməsi, qəzaların sayının aşağı salınmasında hansısa xoşagəlməz işlər olub. Təbii nöqsanlar ola bilər. Amma onları da birgə qaldırmalıyıq. Bu cür ifadələr işlətməklə yol polisinin fəaliyyətinə kölgə salmaq yalnış addımdır.

Bugün ölkə ərazisində rahat, təhlükəsiz və qaydalara riayət edən sürücülərimiz çoxdur və onlar bu dəyişikliklə əlaqədar heç bir narahatçılıq hissi keçirməsinlər. Çünki onlar heç bir şəraitdə qaydaları pozmur, lakin yol hərəkəti haqqında qanunun tələblərini pozmağa meylli olan şəxslər narahatdır. Onlarda polis adına yaraşmayacaq informasiyalar yaymaqla özlərini təmizə çıxarmaq istəyir. Nizamlı-intizamlı olan şəxs bu tələbləri qəbul edir və dəstəkləyir.

Adətən tələblərin pozulması ilə bağlı düşünülən və vaxtında atılan addımdır. Gəlin kiçik bir araşdırma edək. 20 yanvar ərazisində polis əməkdaşı görünəndə hər şey yüksək səviyyədə olur. Elə ki, polis əməkdaşının həmin ərazidə xidmət aparmadığı müşahidə edilir, onda ara qarışır. Bunları polis tənzimləyir. Polis az qala əlimizdən tutur ki, burda dayanma, qabaqda dayan. Polis piyadaların yolu keçməsi üçün sürücüləri dayandırır. Bunlar polisin müstəsna xidmətləridir.

Vaqif Əsədov: “Havadan danışmaq lazım deyil. Faktla, nəticələrlə danışmaq lazımdır. Ən azından mövcud vəziyyəti nəzərə alıb, özümüzdə olan təhlükəli vərdişlərdən uzaq ola bilmirik”.

Mən bunları özüm polis olduğuma görə demirəm. Son 26 il göstəriciləri bunu ortaya qoyur. Bizim müstəqil olduğumuz dövrə qədərki göstəricilər, avtomobillərin sayı, bizim müstəqil olduğumuz dövrdəki göstəricilər bunu deməyə imkan verir. Görün nə qədər dəyişiklik var. Yüzlərlə yol qəzalarının sayı aşağı düşüb, xəsarət dərəcələri yüngülləşdirilib. Bunlar avtomobillərin sürətinin, sürücülərin sayca artması, yolların müasir formaya gətirilməsi, yol kəşişmələrinin,tunellərin, körpülərin sayca artması fonunda baş verib.

Mən tam məsuliyyətimlə deyirəm ki, tətbiq edilən nə varsa, hamısı günün tələblərinə uyğundur. Əslində inkişaf etmiş ölkələrdə sürücülər yol hərəkəti haqqındakı qanuna hörmətlə yanaşırlar. Orada gizli xidmətə də ehtiyac yoxdur. 70-dən artıq nəzarət postumuz günün pik saatlarında məcburi sürücüləri dayandırır ki, piyadalar keçsin. Nəzarət postları piyada zolaqları ilə avtomobil yolunun kəşişməsi hissəsidirr, yolun sağ və solunda mütləq 2 nəfər polis dayanır.

Əgər orada polis olmasa, hərəkət sürücülər və piyadaların şəxsi vicdanlarına qalacaq. Piyadalar labirint kimi maşınların arasından hərəkət edəcək və maşınlarda guya bir-birinə yol verirmiş kimi özlərini çaşdırmaq dərəcəsinə gətirib çıxaracaq. Bu polisin xidmətidir.

Havadan danışmaq lazım deyil. Faktla, nəticələrlə danışmaq lazımdır. Ən azından mövcud vəziyyəti nəzərə alıb, özümüzdə olan təhlükəli vərdişlərdən uzaq ola bilmirik. Ona görə də polis müdaxilə edir. Biz piyada keçidi ola-ola ondan istifadə etmirik. Piyadaların vurulması 65%-ə çatıb.

Vaqif Əsədov: “Mən tam məsuliyyətimlə deyirəm ki, tətbiq edilən nə varsa, hamısı günün tələblərinə uyğundur”

Hamı bilir ki, səs siqnalı vermək olmaz amma evlənəndə, kimisə çağıranda, sağollaşanda ondan istifadə edirik. Bəzi sürücülərimiz buna adət edib. Bunlar hamını narahat etməli və polis olmadan da qaydalara riayət edilməlidir.

###reklam250###

Dünyanın inkişaf etmiş 6 ölkəsində ən bahalı aypatrul sistemi tətbiq edilib ki, avtomatik hərəkətə nəzarət edir və inzibatı tənbeh həyata keçirir. Dünyanın inkişaf etmiş 6 ölkəsində istifadə olunan sistem bizdə də tətbiq olunur. Bu o deməkdir ki, ərazidə polisə ehtiyac yoxdur. Gizli xidmət aparılması qanunvericilikdə nəzərdə tutulubsa, bunu müzakirə etməyə ehtiyac yoxdur”.

Sübü ƏZİZOVA

pia.az