Türkiyə Xaşoginin işini beynəlxalq məhkəməyə verir

Türkiyə səudiyyəli jurnalist Camal Xaşoginin qətlinə dair cinayət işini baxılması üçün beynəlxalq instansiyalara ötürməyə hazırdır
###reklam250###

Yerli KİV bildirir ki, bu barədə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib. “Biz həm texniki, həm də hüquqi hazırlığımızı görmüşük. Odur ki, müvafiq qərar olduğu təqdirdə iş beynəlxalq məhkəmə instansiyalarına veriləcək”, - türkiyəli nazir vurğulayıb.

Əbdülhəmid Gül həmçinin, Xaşogi cinayətini törədənlərin cəzalandırılmaları üçün Türkiyəyə təhvil verilmələrilə bağlı Ər-Riyadın Ankaranın tələbini rədd etməsini də kəskin qınayıb: “Biz tələbimizi hüquq çərçivəsində yenidən etdik. Bu cinayətin aydınlığa çıxmasını istəyirsinizsə, Türkiyə ilə əməkdaşlıq etməlisiniz”.

Xatırladaq ki, Ankara Səudiyyə kəşfiyyatı sədrinin keçmiş köməkçisi Əhməd əl-Əsiri və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sabiq məsləhətçisi və sağ əli Səud əl-Kahtani barəsində bir həftə içərisində həbs edilmə qərarı çıxarmışdı. Lakin Ər-Riyad Səudiyyə vətəndaşlarını Türkiyəyə verməyəcəyini deyib.(Virtualaz.org)

pia.az