Balakəndə qəza: Maşın yolu keçmək istəyən iki qadını vurdu

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub
###reklam250###

Hadisə günorta saatlarında Balakən şəhəri ərazisində baş verib.

Balakən rayon sakini idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır.

Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

pia.az