CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

Cənubi Afrika Respublikasında mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 13 nəfər ölüb
###reklam250###

Oxu.Az xəbər verir ki, magistral avtomobil yolunda baş verən qəzadan dərhal sonra hər iki avtomobildə güclü yanğın başlayıb, nəticədə azı 13 nəfər diri-diri yanıb.

Hadisə yerindən cəmi dörd nəfəri xilas etmək mümkün olub. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Kvazulu-Natal əyalətində baş verən qəzanın səbəbləri hələlik məlum deyil.

pia.az