Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib

2,5 milyondan çox insan səs verə bilər
###reklam250###

Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

TASS xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.

Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

pia.az