Kürdəxanıda yol qəzası: 1 ölü

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

DİN-dən Modern.az-a verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub. Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

pia.az