Bu gün Ermənistanda “sükut günü”dür

Ermənistan KİV-lərinin xəbərinə görə, bu gün ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır
###reklam250###

Səsvermə sabah səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.

Qeyd edək ki, Ermənistanda parlamentə seçkilər yalnız proporsional qaydada keçirilir.

pia.az