Bayram yarmarkasının günləri və yeri açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb
###reklam250###

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.

“Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, - o qeyd edib.

pia.az