ABŞ Rusiyaya qarşı öldürücü silahı işə salır

Rusiya Qara dəniz sularında Ukrayna gəmilərinə hücuma görə SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sistemindən kənarlaşdırıla bilər
###reklam250###

Bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib.

“Yekunda belə bir variant tətbiqi imkanını saxlamalıyıq, çünki biz Rusiya qonşular barəsində yeni təcavüzkar addımlara təşəbbüs etməsinə sakit baxa bilmərik”, – Volker vurğulayıb.

Bundan başqa, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.

Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Bu banklararası sistemin köməyi ilə il ərzində təxminən 4 milyard əməliyyat həyata keçirilir. Hansısa bir ölkənin sistemə girişini bağlamaqla, onun iqtisadiyyatını çökdürmək olar.

ABŞ hökuməti 2001-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərmiş və istədiyini almışdı. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi isə ABŞ-ın ən böyük müvəffəqiyyəti olub. Nəticədə, bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşüb.(Publika.az)

pia.az