“Monte Karlo”dakı kütləvi zəhərlənmə hadisəsi araşdırılır – Rəsmi

Ötən ayın ortalarında Bakıda fəaliyyət göstərən “Monte Karlo” restoranında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi iddia olunurdu
###reklam250###

Bu barədə paytaxt sakininin şikayətinə əsasən saytımızda məlumat dərc etdik. Şadlıq evindən isə iddiaların əsassız olduğ bildirildi.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyidən Minval.info-nun sorğusuna cavab olaraq qeyd edilib ki, qida məshuları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində dövlət nəzarət tədbirləri həyata keçirilir:

“Kütləvi informasiya vasitələri və ya sosial şəbəkələrdə yayımlanan şikayətlərdə konkret faktlar göstərildiyi təqdirdə Agentliyin əməkdaşları tərəfindən məsələ araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.

AQTA-dan həmçinin bildirilib ki, kütləvi zəhərlənmənin baş verdiyi iddia edilən “Monte Karlo” restoranı ilə bağlı hazırda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınaraq yoxlama həyata keçirilir:

“Yoxlamaların nəticələri barədə qanunvericiliyə müvafiq olaraq tədbirlər görüləcəkdir”.

pia.az