"O, xəyanətkar olub, mən isə yox" 

Aktrisa ilə Nazilə söz savaşına çıxdı
###reklam250###

Aktrisa Çimnaz Sultanova ilə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, onların mübahisə zamanı görüntüsünü prodüser Faiq Ələkbərli çəkib. "Bizimləsən" verilişinə qonaq olan tanınmışlar reklam fasiləsində söhbət etməyə çalışıblar.

Onlar bir-birinə ad qoymağa başlayıblar. Çimnaz Naziləyə Skarlet adını qoyduğunu söyləyib:

"Çox sevdiyim qəhrəmandır. Torpağa bağlı olan xanım idi. "Унесённые ветром" oxuyun, səərdir".

N.Səfərli isə aktrisaya "Çimnaz mənim Dezdemonamdır" deyib. Onun sözləri aktrisanı əsəbiləşdirib:

"Heç Dezdemonanı oxumusan? Dezdemona xəyanətkar olub. Çimnazda xəyanət yoxdur. Şairə xanım, ədəbiyyat oxuyun. Dünya ədəbiyyatını oxuyun. Məni Dezdemona ilə bir edir".

pia.az