Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb
###reklam250###

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti dekabr ayının birinci ongünlüyünün sonunadək davam edəcək.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.

pia.az