Rusiyada yaşayış binasında qumbara partlayıb, bir nəfər ölüb

Rusiyanın Moskvaətrafında yerləşən Kurovskoye qəsəbəsindəki yaşayış binalarının birində qumbara partlayıb
###reklam250###

Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, qumbara onunla ehtiyatsız davranıldığına görə partlayıb, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Partlayış üçüncü mərtəbədəki mənzildə baş verib.

pia.az