Fransada təcili yardım sürücülərinin nümayişi başlayıb

Fransada “Sarı jilet”lər nümayişindən sonra təcili yardım sürücülərinin nümayişi başlayıb
###reklam250###

Parisdə 200-dən çox təcili yardım maşını və sürücüləri Milli Assambleyanın qarşısındakı “Concorde” meydanına toplaşıb. Onlar tibbi nəqliyyatın maliyyələşməsinə dair islahatın ləğv edilməsini tələb edirlər.

Ölkədə “Sarı jilet”lər nümayişi də davam edir.

Nümayişçilər prezident E.Makronun istefa verməsi ilə bağlı şüarlar səsləndirir, onun zənginlər üçün vergini ləğv etməsinə və kasıbların vergi ödəmələrinin həcmini artırmasına etiraz edirlər.(azərtac)

pia.az