Gürcüstanda ərzaq məhsullarının qiyməti artıb

Gürcüstanda ərzaq və gündəlik tələbat mallarının qiyməti 1 faizdən 19 faizədək bahalaşıb
###reklam250###

Noyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,4 faiz, alkoqollu içkilər və tütünün qiyməti 0,6 faiz, tərəvəzlərin qiyməti isə 5,7 faiz bahalaşıb.

Mal əti, qoyun əti və balığın qiyməti 2,1 faizdən 18,8 faizə qədər, süd, pendir və yumurtanın qiyməti isə 3,3 faiz artıb.

Ötən ay meyvə və üzümün qiymətində isə 8,3 faiz ucuzlaşma qeydə alınıb.

Ekspertlərin fikrincə, bahalaşma əsasən inflyasiya ilə əlaqədar olub. Noyabr ayında Gürcüstanda inflyasiya 0,7 faiz təşkil edib.(azərtac)

pia.az