“Vaşinqton bu prosesdə yeganə vasitəçi ola bilməz” – Fələstin lideri

“ABŞ-ın hazırkı rəhbərliyi İsrail-Fələstin münaqişəsinin tənzimlənməsində əngələ çevrilib, Vaşinqton bu prosesdə yeganə vasitəçi ola bilməz”
###reklam250###

Bu barədə Fələstin lideri Mahmud Abbas danışıb.

“Biz bu administrasiya ilə ortaq heç nə istəmirik. Onların beynəlxalq hüquqa zidd və vasitəçi rolu ilə uyğun gəlməyən heç bir planını qəbul etməyəcəyik”, – Abbas bildirib.

Onun sözlərinə görə, Tramp 2017-ci ildə Fələstin və İsrail arasında vasitəçi kimi çıxış etmək təklifi verib, ancaq Qüdsü İsrailin paytaxtı kimi tanıdığı zaman fikrini dəyişdirib/Axar.az.

pia.az