“Neftçi” 2 qolla qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib
###reklam250###

İlk oyun günündə çempionatın debütantı “Sabah” öz meydanında lider “Neftçi”ni qəbul edib.

Elşad Əhmədovun komandası üç matçlıq qələbə həsrətinə son qoymağa çalışıb. Lakin meydan sahibləri rəqibin azlıqda qalmasına baxmayaraq, say üstünlüyündən yararlana bilməyib.

“Neftçi” 2:1 hesaı ilə qalib gələrək liderliyini möhkəmləndirib.

Topaz Premyer Liqası13-cü tur

1 dekabr (şənbə )

16:30. “Sabah” – ”Neftçi”- 1:2

Qol: Anton Krivotsyuk, 21 (0:1), Mirabdulla Abbasov, 39 (0:2), Marko Deviç, 76 (1:2)

Qırmızı vərəqələr: Tural Axundov, 33 (“Neftçi”), Vanderson, 70 (“Sabah”), Baqali Dabo, 83 (“Neftçi”)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir yusifov, Ramil Əhmədov“Əlincə Arena”.

pia.az