Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsrət alıb - Foto

Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb
###reklam250###

Hadisə şəhərin Katec qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.(Report)

pia.az