Obama və Klinton: “Buşun xidmətləri əvəzedilməzdir”

ABŞ-ın sabiq prezidentləri Bill Klinton və Barak Obama ölkənin 41-ci prezidenti olmuş böyük Corc Buşun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı veriblər
###reklam250###

Azvision.az “The Guardian”a istinadən xəbər verir ki, 1992-ci il prezident seçkilərində böyük Buşu məğlub edən Bill Klinton bildirib ki, hakimiyyətə gələrkən ondan gördüyü isti münasibəti və dostluğu unutmayacaq.

“Mən və Hillari Buşun uzun xidməti həyatına, sevgi və dostluğuna görə təşəkkür edirik. Onunla formalaşdırdığımız dostluğa görə əbədi minnətdar olacam. Gənc rəhbər kimi onun Kennebunkportdakı evinə dəvət alanda qızım Çelsaya göstərdiyi qayğıdan, anadangəlmə və əsl ləyaqətindən, xanımı Barbaraya və uşaqlarına sədaqətindən heyran olmuşdum” – Bill Klinton bildiirb.

Obama isə bu həftənin əvvəlində böyük Buşu onun Hyustondakı iqamətgahında ziyarət etdiyini və bunun mövcud dostluğun yenidən dirçəlişi olduğunu deyib. Onun sözlərinə görə, böyük Buşun ABŞ tarixinə və idarəetməsinə verdiyi töfhə əvəzedilməzdir.

“Amerika öz vətənpərvərini və təvazökar qulluqçusunu itirdi. Bu elə bir xidməti irsdir ki, heç zaman bənzəri olmayacaq, baxmayaraq ki, Buş bizim hamımızın buna cəhd etməyimizi istəyərdi” - Obama bəyan edib.

pia.az