Lavrov ATƏT-də Qarabağı müzakirə edəcək

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək"
###reklam250###

Bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - Rusiya rəsmisi bildirib. (report.az)

pia.az