Ağdamda “Azərsu” rəzaləti – Fotolar

Su boruları təmir bitmədən yenə partladı
###reklam250###

Ağdam rayonu Alıbəyli-2 qəsəbəsində partlamış içməli su boruları “Azəsu”nun “təmir”indən sonra yenə sıradan çıxıb.

Yenicag.az xəbər verir ki, qəsəbədə bir neçə gün öncə partlamış su boruları dünən təmir edilsə də, “Azərsu”nun əməkdaşları ərazidən getdikdən dərhal sonra borular yenidən partlayıb.

Sakinlər bildiriblər ki, “Azərsu”nun əməkdaşları qəza yerində “işlədikdən” sonra ərazini olduğu kimi qoyub, gediblər.

Nəticədə isə fotolarda görəcəyiniz mənzərə yaranıb.

pia.az