Prezident sərəncam verdi

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilib.
15.04.14 | 14:43 | Xəbər 1060 dəfə oxunubPİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edib. Komissiyanın həmsədriŞahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziriKomissiyanın üzvləri:Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müaviniXələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniMusa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müaviniİlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniƏdalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müaviniCavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiriSəfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müaviniFərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müaviniEhtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müaviniVadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müaviniEtibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentiArif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriRauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədriXoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentiMəmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini.Qeyd edək ki, 2012-ci ildə prezidentin sərəncamı ilə komissiyanın həmsədri Xarici işlər naziri Elmar Məmmədyarov təyin olunmuşdu.