Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər və Kerç boğazında baş vermiş insidentlə bağlı fikir mübadiləsi aparıblar
###reklam250###

Bu barədə RİA “Novosti" məlumat verir.

Söhbət zamanı dövlət başçıları İdlibdəki vəziyyətin sabitləşməsi üçün səylərin artırılmasına dair razılığa gəliblər.

"Suriyadakı vəziyyətin müzakirəsi davam etdirilib. Sentyabrın 17-də Soçidə imzalanmış İdlibdəki vəziyyətin sabitləşməsi haqqında memorandumun həyata keçirilməsi üzrə birgə səylərin, eləcə də terror qruplaşmaları ilə mübarizə tədbirlərinin artırılması razılaşdırılıb", - Kremlin mətbuat xidmətindən bildiriblər.

Bundan əlavə, söhbət zamanı noyabrın 19-da İstanbulda iki ölkə liderlərinin görüşünün nəticələri nəzərə alınmaqla Rusiya-Türkiyə əməkdaşlığının bəzi aspektlərinə toxunulub.

pia.az