Bakının bir hissəsində su olmayacaq

Bakı şəhəri Xətai rayonu ərazisində suyun verilməsində məhdudiyyət yaranacaq
###reklam250###

Yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

pia.az