ABŞ PKK terror təşkilatı ilə ortaq hərbi baza qurur - Gizli anlaşma ortaya çıxdı

ABŞ-ın Suriyada qurmaq niyyətində olduğu nəzarət məntəqələri ilə bağlı PKK/PYD ilə razılaşdığı aşkara çıxıb
###reklam250###

ABŞ-ın “regionun təhlükəsizliyi” adı altında Suriyanın şimalında quracağı nəzarət məntəqələri ilə əlaqədar PYD/PKK ilə razılaşma əldə elədiyi barəsindəki məlumatı YPG terrorçusu etiraf edib. Açıqlamaya görə, qurulacaq hərbi bazalarda ABŞ hərbçiləri ilə terrorçular birlikdə xidmət edəcəklər.

Türkiyənin Fərat çayının şərqini YPG/PKK terror təşkilatından təmizləmək qətiyyəti və bölgədəki terror mövqelərinə top atəşlərindən sonra bölgədəki “icraçılarını” qorumaq təlaşında olan ABŞ-ın müşahidə məntəqələri oyununun mahiyyəti aşkara çıxıb. ABŞ müdafiə naziri Cim Mattisin “Türkiyənin narahatlıqlarının səbəblərini aradan qaldırmaq üçün Suriyanın şimalında müşahidə məntəqələri quracağıq” açıqlamasının altından yeni bir terror qalxanı layihəsi çıxıb.

Pentaqon ilə YPG arasında əldə edilən razılaşmaya görə, sərhədin 5 müxtəlif nöqtəsində qurulacaq müşahidə məntəqələrində terrorçular da ABŞ hərbçiləri ilə birlikdə xidmət edəcəklər.

5 yer müəyyənləşdirilib – Suriya dövlətindən qoparılan torpaqlarda baza qururlar##relatedPost2##

Mərkəzi ofisi Londonda yerləşən “Şarkul Avsat” adlı ərəbdilli qəzetə müsahibə verən YPG/PKK terrorçusu, Türkiyədən Fərat çayının şərqində yuva salmış terrorçulara hücumların qarşısını almaq məqsədilə Vaşinqton iqtidarının müşahidə məntəqələri qurmağa başladığını söyləyib.

Ayn Əl Arabda 2, Tel Abyadda da 3 müşahidə məntəqəsi qurulmağa başladığını bildirən YPG terrorçusu, Resulayn, Amuda və Derbesiyədə də bənzər bazaların tikiləcəyini bildirib. Adı açıqlanmayan terrorçu bu müşahidə nöqtələrində YPG terrorçularının da yerləşəcəyini qeyd edib. Ərəb qəzetinə müsahibə verən terrorçu Pentaqon ilə təşkilat arasında bir illik müqavilə imzalandığını və müşahidə nöqtələrinin müzakirələr nəticəsində müəyyənləşdiyini bildirib.

30 min nəfərlik terror ordusu qurulacaq

Ərəb mətbuatına müsahibə verən YPG terrorçusu 30 min nəfərlik terror ordusu qurulacağını da bildirib. YPG terrorçusu deyib: “ABŞ hərbçiləri 30 min nəfər yeni SDQ üzvünə təlim verib onları silahlandıracaq. Bu qüvvə İŞİD-in yatmış hücrələri və Suriyadakı İran hərbi varlığına qarşı mübarizə aparacaqdır”.

Terrorçu, ABŞ ilə YPG arasındakı razılaşmanın 2019-cu ilin sonuna qədər uzadıla biləcəyini də söyləyib.(Hurriyyet.org)

pia.az