Avropa Komissiyası Aİ-yə üzv olan bir sıra dövlətləri cərimələyə bilər

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olan bir sıra ölkələrin 2019-cu il üçün dövlət büdcəsi layihəsini qəbul etməyib
###reklam250###

Brüsselin fikrincə, bu layihələr vergi və büdcə siyasəti üzrə ittifaq sazişinə ziddir. Bu ölkələrin hökumətləri həddən artıq kəsir nəzərdə tutublar. Baxmayaraq ki, hələ cari ilin iyununda Aİ tərəfindən onu 0,8-0,9 faiz azaltmaq məsləhət görülmüşdü.

Maliyyə və iqtisadiyyat məsələləri üzrə avrokomissar Pyer Moskovisi dövlət büdcəsi layihələrinin geri qaytarıldığı Aİ-yə üzv ölkələrdən yaxın iki həftə ərzində Avropa Komissiyasının dəyərləndirməsi ilə razı olub-olmadıqları barədə məlumat vermələrini tələb edib. Narazılıq olduğu təqdirdə, bu, inzibati cəzaya və hətta maliyyə sanksiyalarına gətirib çıxara bilər.(AzərTAc)

pia.az