Viktoriya gölündə gəminin batması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Şənbə günü Viktoriya gölünün Uqanda sahillərində gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
###reklam250###

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli polisə istinadən "Reuters" məlumat yayıb.

"Daily Monitor" qəzetinin yazdığına görə, gəminin göyərtəsində ümumilikdə 100-dən çox insan olub. Onlardan 40 nəfəri xilas edilib.

İtkin düşənlərin axtarışları davam etdirilir.

***

Bakı. 25 noyabr. REPORT.AZ/ Viktoriya gölünün Uqanda sahillərində qayığın batması nəticəsində azı 10 nəfər həyatını itirib, daha 5 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə "Daily Monitor" nəşri yazıb.

Bildirilir ki, qayıqda Buqanda kralıın qardaşı olan şahzadə Devid Vasayca da olub. O, xilas edilib. Sərnişinlər arasında yerli müğənnilər İrin Namubiru və repçi "The Mith" də olub. Lakin onların aqibəti barədə məlumat yoxdur.

Jurnalistlərin məlumatına görə, gəmidə 120-dən çox adam olma ehtimalı var. Bildirilir ki, hazırda 40-dan çox sərnişini xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bundan əvvəl Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.

pia.az