Miqrant venesuelalılar aclıqla üzləşib –Ekvador prezidenti dünyaya çağırış etdi  

Ekvador iqtisadi böhrandan qaçan Venesuela vətəndaşlarına yardım göstərmək üçün 550 milyon dollara ehtiyac duyur
###reklam250###

Ölkə rəsmilərinin cümə günü bildirdiyinə görə, onlar bu vəsaiti beynəlxalq təşkilatlardan və qonşu ölkələrdən edilən ianələr hesabına toplamağa ümid edir.

Latın Amerikası ölkələrinin nümayəndələrinin Kito şəhərindəki toplantısı zamanı Venesuela miqrasiya böhranı nəticəsində yaranan vəziyyətin həllində planların koordinasiyası müzakirə edilib.

Ekvador hökumətinin təmsilçisi Santyaqo Çaves bildirib ki, ölkəsinin mühacirlərə yardım üçün 550 milyon dollara ehtiyacı var – “Bu məsrəf səhiyyə, təhsil, yaşayış və iş təminatına ünvanlanacaq.”

Ekvadorun hesablamalarına görə, 2018-ci ildə Kolumbiya sərhədi ilə ölkəyə 600 minə yaxın Venesuela sakini daxil olub. Onların əksəriyyəti daha sonra Peruya üz tutub.

İanələrin toplanması üçün Ekvador regionda çalışan beynəlxalq təşkilatlara və Birləşmiş Ştatlar, Kanada, Yaponiya, Qətər və Avropa İttifaqının dəstəyinə ümid edir.

Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, 2015-ci ildən bəri Venesuelanı tərk edən insanların sayı təxminən 3 milyon təşkil edir. Ölkədə yaranmış iqtisadi böhran və hiperinflyasiya milyonlarla insanın qida və dərman təminatını mümkünsüz edib.

(Amerikanın səsi)

pia.az