Bakıda 11 qadını fahişəliyə cəlb edən kişinin məhkəməsi başlayıb

Nərimanov Rayon Məhkəməsində 11 qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb
###reklam250###

“Report”un xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, P.Məmmədov Bakıda 11 qadını fahişəliyə cəlb etmədə təqsirləndirilir və barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

pia.az