“Azərbaycan türkləri Gürcüstanda layiq olduqları yerlərə gələcəklər”

“Vaşadze, qatıldığı bir televiziya proqramında “Gürcüstanda yaşayan Azərbaycan türkləri bizə dəstək verdi
###reklam250###

Avropa.info xəbər verir ki. bu sözləri Türkiyənin “Diriliş Poastası” qəzetinin müxbiri Ceyhun Aşırova açıqlamasında, Gürcüstan prezidentliyinə müxalifətin namizədi Georgi Vaşadzenin bölgə təmsilçisi Nuqzar Bejanovi deyib.

Nuqzar Bejanovi xatırladıb ki, Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində 2-ci tura qalan müxalifətin namizədi Georgi Vaşadze ölkədə yaşayan Azərbaycan türkləri haqqında açıqlamalarla çıxış edib.

 Onlar bizim vətənimizin bir parçasıdır, onlar azlıq da olsalar birinci sinif vətəndaşıdırlar” dedi.

Qeyd etmək istəyirəm ki, tarixdə ilk dəfə azərbaycanlılar seçkilərdə mövcud iqtidarı deyil, müxalifəti dəstəklədilər və onlar bizə inandılar. Biz onların dəstəyi ilə birinci turdan qələbəylə çıxdıq, bunu heç vaxt unutmayacağıq.##relatedPost2##

Namizədimiz Vaşadze bütün Azərbaycan türklərin yaşadığı bölgələri ziyarət edib, onların problemlərini dinləyib. Vaşadze xalq tərəfindən sevilir. Mövcud hakimiyyət xalqdan səs almaq üçün, onlara kartof paylayıb, bu isə gülməli bir vəziyyətdir. Xalq 2-ci turda da Vaşadzeyə dəstək verəcək.

Bu günə qədər Gürcüstanda Azərbaycan türkləri dövlətdə mühüm yerlərə gələ bilmədi , hər hansı bir nazirlikdə vəzifə verilmədi, daim mane oldular. Buna görə də bölgədəki problemlər heç vaxt yüksək səslə dilə gətirilmədi. Artıq bu vəziyyətə son qoyulacaq, Vaşadze prezident olacağı təqdirdə Azərbaycan türkləri layiq olduqları yerə gələcəklər”- Nuqzar Bejanovi belə deyib.

pia.az