İran Azərbaycana yardım təklif edib

İran Azərbaycanın müdafiə ehtiyaclarını təmin etmək üçün hazırdır.
Məlumata görə, bunu İranın müdafiə naziri general Hüseyn Dehqan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü zamanı deyib. İran mətbuatının yaydığı məlumata görə, Dehqan görüş zamanı bildirib ki, İran prezidenti Həsən Ruhanin tutduğu mövqe qonşu ölkələr, həmçinin Azərbacanla olan olan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. İran müdafiə naziri görüş zamanı Azərbaycanın hərbi ehtiyaclarını təmin etmək üçün İranın həmişə hazır olduğunu söyləyib. O, bildirib ki, müdafiə nazirlərinin görüşü hər iki ölkə arasında hərbi əlaqələri daha da inkişaf etdirəcək. Zakir Həsənov isə həmkarına cavabında bütün bu tədbirlərin İran və Azərbaycanın mədəni, tarixi , siyasi birliyinə yönəldiyini qeyd edib: "İran böyük regional dövlətdir və Azərbaycanın dostu və qonşusudur. Tehran ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində əsas prioritetlərindəndir" (ANS).