Xəzərdə balıqçılar çətin vəziyyətə düşüblər

Paytaxtın Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) iki nəfər taxta qayıqda köməksiz vəziyyətdə qalıb
###reklam250###

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Dövlət Dəniz Administrasiyasından verilən məlumata əsasən, “Zəfər” gəmisi də qayığın olduğu əraziyə cəlb olunub.

pia.az