Donald Tramp: “Özümə təşəkkür edirəm”

“Möhtəşəm bir ailəyə sahib olduğum və bu ölkədə böyük bir fərq yaratdığım üçün özümə təşəkkür edirəm”
###reklam250###

“CNNTurk” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükran günü münasibətilə bağlı mesajında vurğulayıb.

Bayram tətilini Floridadakı malikanəsində keçirən Ağ Evin sahibi ABŞ-da keçirilən Şükran günü münasibətilə əlaqədar ən çox hərbçilərə zəng edib, jurnalistlərlə söhbətləşib.

“Vəzifəni təhvil aldığım gündən bu günədək ölkə inanmayacağınız dərəcədə güclənib”, - Donald Tramp vurğulayıb.

pia.az