Azərbaycanda məşhur bankın adı dəyişdi  

Sabahdan Azərbaycanda fəaliyyət göstərən banklardan birinin adı dəyişir
###reklam250###

“Bank Silk Wey” artıq “Premium Bank” adı altında xidmət göstərəcək.

Qeyd olunur ki, bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.

Xatırladaq ki, bank fəaliyyətinə 1994-cü ildən "Azal Səhmdar Kommersiya Bankı" adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq "Bank Silk Way" ASC adı altında fəaliyyət göstərib. (qafqazinfo.az)

pia.az