Angela Merkel BMT-nin miqrasiya paktını dəstəkləyib

Almaniyanın kasleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının (BMT) təhlükəsiz və tənzimlənən miqrasiya paktını qlobal çağırışlara "düzgün cavab" adlandırıb
###reklam250###

"Belə fikirləşmək səhv olardı ki, hansısa bir ölkə miqrasiya ilə təkbaşına bacara bilər" – deyə, kansler 2015-ci ilin hadisələrini xatırladıb. O zaman Avropaya gəlmiş qeyri-leqal miqrantlar Almaniyaya axışıblar.

Almaniya hökumətinin başçısının sözlərinə görə, «bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün dünyada miqrantlar (əmək miqrantları və qaçqınlar) üçün şərait yaxşılaşsın».

Xəbər verildiyi kimi, BMT-ni sözügedən paktında Bolqarıstan, Polşa, Macarıstan, Avstriya, Çexiya və ABŞ iştirak etmək istəmirlər. (azpolitika.info)

pia.az