Bu yollar çəkilən zaman ekspertiza keçiriləcək
Qaydaların 3.1-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilib:
“Magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır”.
“Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.2.2-ci yarımbəndində “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması,” sözləri “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi,” sözləri ilə əvəz edilib. (qafqazinfo.az)
pia.az