Prezident bu şəxslərə ali xüsusi rütbə verdi – Siyahı

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
###reklam250###

Sərəncama əsasən, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

Həmçinin, Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

pia.az