Məhkəmə Donald Trampın fərmanına “stop” qoydu –Miqrantlarla bağlı

Məhkəmə ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni miqrantlara siyasi sığınacaq verilməsini məhdudlaşdıran fərmanının icrasının müvəqqəti olaraq dayandırıb
###reklam250###

Bu barədə “Report” “Reuters”ə istinadən məlumat verir.

Qeyd olunur ki, noyabrın 9-da elan edilmiş qərarı San-Fransiskonun dairə hakimi qəbul edib.

Hazırda fərmanın icrasının hansı müddətə dayandırıldığı bəlli deyil.

pia.az