Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü

Abşeron rayonunda qoca kişi özünü bıçaqlayaraq öldürüb
###reklam250###

Hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin qəsəbədə yaşayan 1935-ci il təvəllüdlü Vəli İsmayılov yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib.

Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, 83 yaşlı kişi bir müddət əvvəl oğlu və gəlini ilə bir yerdə yaşayıb. Yaxınları bildiriblər ki, son vaxtlarda kişinin psixoloji problemi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

pia.az