Putinin dostu: “ABŞ özünü işğalçı kimi aparır”

ABŞ Almaniya ilə işğal etdiyi bir ölkə kimi davranır
###reklam250###

Bu sözləri Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib.

ABŞ-ın ticarət siyasətini tənqid edən Şröder rəsmi Berlinə ABŞ əvəzinə Çinə üz tutmağı məsləhət görüb.

"ABŞ-ın Almaniyadakı səfirinə baxanda mənə elə gəlir ki, o özünü işğal zabiti kimi görür", - eks-kansler bildirib.

Qeyd edək ki, Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putin arasında dostluq əlaqələri mövcuddur.(axar.az)

pia.az