Tramp: "ABŞ Qaşıqçının qatillərinin adlarını açıqlayacaq"

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, yaxın zamanda Birləşmiş Ştatlar müxalifətçi səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə dair “çox geniş məruzə” təqdim edəcək
###reklam250###

Bu barədə Oxu.Az “Associated Press”ə istinadla xəbər verir.

Onun sözlərinə görə, böyük ehtimalla məruzə noyabrın 20-də təqdim olunacaq.

Amerika lideri qeyd edib ki, sənəddə jurnalistin kim tərəfindən qətlə yetirilməsi barədə məlumat olacaq.

Tramp bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin nəticələri haqqında KİV-ə sızan xəbərlər “ilkin” xarakter daşıyıb.

pia.az