“Yəməndə xəstəxanalara gətirilən 50 uşaqdan 30-u ölümə göndərilir”

BMT-nin Dünya Ərzaq Proqramının direktoru Devid Beasley dünyanın ən böyük humanitar böhranlarından birinin yaşandığı Yəmənə səfərindən danışıb
###reklam250###

BMT Baş Qərargahında keçirdiyi mətbuat konfransında Yəməndəki vəziyyətə diqqəti çəkən Devid Beasley belə danışıb: “Yəməndə səfər etdiyim xəstəxanalardan birində, həkim hər gün xəstəxanaya gələn 50 uşaqdan 30-nu evlərinə geri göndərib, ölümün ağuşuna buraxmağa məcbur qaldıqlarını, çünki xəstəxanalarının tutumunun yalnız 20 nəfər çatdığını dedi”.

Yəməndə ərzaq təhlükəsizliyinin və iqtisadi vəziyyətin pisləşdiyini, ərzaq qiymətlərinin artdığını və valyutalarının "çökdüyünü" deyən Beasley, ölkədə tam bir fəlakət yaşandığını bildirib.

Yəmən xalqına təmin edəcək iki aylıq ərzaqlarının qaldığını bildirən Beasley, Yəməndə qıtlığa yalnız 6 ay qaldığını deyib.

O, 8 milyon insanın gəlir mənbələrini itirdiyini, ölkədə 1,2 milyon dövlət işçisinə iki ildir düzgün maaş verilmədiyini, iqtisadi tənəzzülün qarşısının alınması üçün 200 milyon dolların ölkə iqtisadiyyatına verilməli olduğunu söyləyib. (sputnik)

pia.az